VULKAN SÜTUNU

vulkan kanalını dolduran və kanalın dağılması zamanı aşınmaya qarşı davamlı olması sayəsində saxlanılan, vulkan məhsullarının qalığı. столб вулканический volcanic plug, volcanic column
VULKAN SİLSİLƏSİ
VULKAN TAKIM ADALARI /VULKAN ARXİPELAQI/
OBASTAN VİKİ
Vulkan sütunu
Vulkan sütunu (rus. столб вулканический, ing. volcanic plug, volcanic column) — vulkan kanalını dolduran və kanalın dağılması zamanı aşınmaya qarşı davamlı olması sayəsində saxlanılan, vulkan məhsullarının qalığı.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin "Abidə" şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir. 1834-cü ildə memar Ogüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş qərargahın tağı kompozisiyasını tamamlamışdır. Abidənin inşası ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin — I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz "unudulmaz qardaşının" xatirəsi üçün müsabiqəni rəsmən elan etmişdir." Ogüst Monferran bu çağırışa möhtəşəm qranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Nelson sütunu
Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodordur. Sütun Ulpiya bazilikasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həm də iki böyük kitabxana arasında yerləşir: yunan və latın kitabxanası Mark Ulpi Trayan ispan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada (Müasir Rumıniya ərazisi), Şimali Ərəbistanda və Parfiyada Romaya əvəzolunmaz töhfələr vermişdir. Onun hakimiyyət dövründə Roma imperiyasının sərhədlərinin ən geniş olduğu dövrdür. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Yulian sütunu
Yulian sütunu — Yulian sütunu və ya xalq arasında Belkıs Minarəsi olaraq bilinir. Ankaranın Ulus bölgəsindəki bir obeliskdir. Son bütpərəst Roma imperatoru Yulian 362-ci ildə farslara qarşı müharibə elan edir və yönünün Ankaradan keçdiyi bir yol cızmışdır. İmperatorun ekspedisiyaya gedərkən bir ara verəcəyi və şəhərdə qalacağı xəbəri gəldikdən sonra bütün şəhərdə hazırlıqlar başlayır. Onu şərəfləndirmək üçün Yulian Sütunu qurulur. Sütun əvvəlcə bugünkü Türkiyə İş Bankı İqtisadi Azadlıq Müzeyi binası ilə Dovşan adlı bina arasındakı ərazidə tikilir, lakin yerin düzgün seçilməməsi səbəbi ilə gündən-günə əyilməyə başladığı üçün 1934-cü ildə hazırkı yerinə, Ankara Valiliyinin qarşısındakı Hökumət Meydanına köçürülür. Uzun illərdir heç bir təmir və ya bərpa görməyən Yulian sütunu, Valilik tərəfindən 2001-ci ildə bərpa edilir. Təxminən 15 metr hündürlükdə olan sütun hörgü daşı ilə tikilmişdir. Korint başlığı və sixri gövdəsi olan bir halqa şəklindədir. Başlığın şimala baxan fasadı tamamilə zədələnsə də, ümumiyyətlə yaxşı vəziyyətdədir.
Markian sütunu
Markian sütunu (yun. Στήλη του Μαρκιανού) və ya Qızdaşı (türk. Kıztaşı) — Konstantinopolda şəhər prefekti Tatian (450–452) tərəfindən ucaldılmış və imperator Markiana (450–57) həsr olunmuş Roma fəxri sütunu. İstanbulun indiki Fateh səmtində yerləşir. Sütun heç bir son Roma və ya Bizans mənbəsində sənədləşdirilməmişdir, onun tarixi yerləşdiyi yerdən, üslubundan və ithaf yazısından nəticə çıxarılmışdır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. Volcano Live Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.